» » Bakıda fahişəxanaya çevrilən evlər aşkar edildi

Bakıda fahişəxanaya çevrilən evlər aşkar edildi

Bakıda fahişəxanaya çevrilən evlər aşkar edildi

Daxili İşlər Nazirliyi Bakıdakı əxlaqsızlıq yuvaları ilə bağlı məlumat yayıb.

Ucarliyiq.biz lent.az-a istinadən bildirir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ucar rayon sakini Məlahət Abdullayevanın paytaxtın Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. Bundan başqa Bakı şəhər sakini Rövşən Fətullayevin və Tərtər rayon sakini Rauf Əhmədovun paytaxtın Nizami rayonu ərazisindəki mənzillərində də əxlaqsızlıq yuvaları təşkil etmələri üzə çıxarılıb.

Hər iki faktla əlaqədar cinayət işi başlanıb.