» » İspaniya yığmasının baş məqçisi qovuldu

İspaniya yığmasının baş məqçisi qovuldu

İspaniya yığmasının baş məqçisi qovuldu

Visente del Boske - məşqçi

Ispaniya yığması baş məşqçisini istefaya göndərib. ucarliyiq.biz-in məlumatına görə, Visente del Boske Avropa çempionatında İtaliya millisinə məğlub olduqdan sonra işindən azad olunub. Bu barədə AS məlumat yayıb.



Məşqçi İspaniya futbol federasiyasının prezidenti Anxel Mariya Vilyar ilə görüşüb. Təcrübəli mütəxəssis millidən getməsini istəyib. Vilyar Del Boskenin qərarı ilə razılaşıb. İki tərəf arasında müqaviləyə xitam qoyulub. Bir müddət sonra məşqçinin getməsi rəsmləşəcək. 


İspaniya yığması Avropa çempionatının ¼ final mərhələsində İtaliya ilə qarşılaşıb. “Furiya Roxa” italyanlara 2:0 hesabı ilə məğlub olub. İspaniya yığmasına Del Boske 2008-ci ildə gəlib. Onun rəhbərliyi ilə komanda 2010-cu ildə Dünya çempionu və 2012-ci ildə isə Avropa çempionu olub. Məşqçinin ilk uğursuzluğu 2014-cü ildəki Dünya çempionatıbnda olub. İspaniya  həmin çempionatda qrupdan çıxa bilməmişdi.