» » Portuqaliya yarımfinalda

Portuqaliya yarımfinalda

Portuqaliya yarımfinalda

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo


"Avro-2016"ının 1/4 final mərhələsinin ilk oyunu Marsel şəhərinin “Velodrom” stadionunda keçirilib. ucarliyiq.biz-in məlumatına görə, matçda Portuqaliya və Polşa yığma komandaları qarşılaşıblar.



Görüşün 2-ci dəqiqəsində Polşa yığmasının kapitanı Robert Levandovski fərqlənərək komandasını hesabda irəli çıxarıb. Lakin polyaklar bu üstünlüklərini qorumağı bacarmayıblar.



Oyunun 33-cü dəqiqəsində Renato Sançes Portuqaliyanın bərabərlik qolunun müəllifi olub. Matçda bundan başqa qol olmayıb və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.



Matç heç-heçə başa çatdığından əlavə vaxt oynanılıb. Əlavə vaxtda da hesab açılmadığı üçün 11 metrlik cərimə zərbələri seriyası yerinə yetirilib. Penaltilər seriyasında 6:4 hesabı ilə qalib gələn Portuqaliya yığması yarımfinala vəsiqə qazanan ilk komanda olub. Portuqaliya millisinin bu ilki Avropa çempionatında keçirdiyi bütün oyunların əsas vaxtı heç-heçə başa çatıb.