» » Qəbələlilər tarix yazaraq gürcüləri darmadağın etdi

Qəbələlilər tarix yazaraq gürcüləri darmadağın etdi

Qəbələlilər tarix yazaraq gürcüləri darmadağın etdi

Teo Uiiks vurduğu qolu bayram edir

Avropa Liqasında birinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. ucarliyiq.biz-in məlumatına görə,  Azərbaycanı bu turnirdə təmsil edən komandaların da ikisi yeni mövsümdə ilk matçına çıxıb. “Neftçi” ilə “Qəbələ” rəqiblərini məğlub edib.



Bölgə təmsilçisi Bakıda Gürcüstan "Samtredia"sını qəbul edib. Paytaxt klubu isə səfərdə Malta "Baltsan"ı ilə münasibətlərinə aydınlıq gətirib. Roman Qriqorçukun komandası rəqibi meydana çıxmasına peşman edib. Qarşılaşma komandamızın böyükhesablı qələbəsi ilə başa çatıb - 5:1. Bu, "Qəbələ"nin avrokuboklarda ən böyükhesablı qələbəsidir. Vəli Qasımovun komandası səfərdə Maltanın “Baltsan” klubu ilə arşılaşıb. Görüş "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.



"Baltsan"- "Neftçi" - 0:2 (0:1)

Qol: R.Hacıyev, 14 (0:1). R.Qurbanov, 84-pen. (0:2).

Sarı vərəqə: S.Betsina, 53. E.Kastilyo, 64. K.Brinçat, 72. C.Qrioli, 86.

Baş hakim: Yovan Kaludjeroviç (Çernoqoriya).

Paola. "Hibernians" stadionu.



"Qəbələ" - "Samtredia" - 5:1 (3:0)

Qollar: V.Stankoviç, 16 (1:0). S.Zenyov, 19 (2:0). T.Uiks, 30 (3:0). L.Şerqelaşvili, 59 (3:1). T.Uiks, 69 (4:1). T.Uiks, 72 (5:1).

Sarı vərəqə: D.Jikiya, 44. T.Markozaşvili, 63. S.Zenyov, 65. T.Uiks, 69.

Baş hakim: Denis Şerbakov (Belarus).

Bakı. 8-ci km stadionu.



Balzan 0-2 Neftçi

Qəbələ 5-1 Samtredia