» » Voleybol millimiz qələbə qazandı

Voleybol millimiz qələbə qazandı

Voleybol millimiz qələbə qazandı

Voleybol üzrə Milli Komanda

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa Liqasının final mərhələsinin ilk oyununa çıxıb.



ucarliyiq.biz-in məlumatına görə, Nitra şəhərində İdman Sarayında keçirilmiş görüş millimizin Slovakiya üzərində qələbəsi ilə yekunlaşıb - 3:1. Bununla da komandamız iyulun 3-də keçiriləcək cavab görüşü öncəsi böyük üstünlük əldə edib.



Yarımfinalda Faiq Qarayevin rəhbərlik etdiyi komanda Yunanıstanı məğlub edib - 3:1, 3:1. Slovakiya isə yarımfinalda Sloveniyadan üstün olub - 3:2, 3:1.



Cavab oyunu iyulun 3-də Bakıda keçiriləcək.