» » İki dünya nəhəngi razılığa gəlib

İki dünya nəhəngi razılığa gəlib

İki dünya nəhəngi razılığa gəlib

Vladimir Putin və Barak Obama

ABŞ prezidenti administrasiyası Rusiya tərəfinə Suriyada hərbi əməkdaşlığa dair yeni saziş təklif edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yeni saziş terrorçularla mübarizədə iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Şərtlərə görə, Rusiya Bəşər Əsədi ABŞ-ın dəstəklədiyi üsyançıların mövqelərinə zərbələr endirməyə son qoymağa məcbur etməlidir.   



ABŞ prezidenti administrasiyasındakı mənbəyə istinadən yaydığı məlumatda qeyd edilir ki, sazişin mətni iyunun 27-də Rusiya tərəfinə təqdim olunub.  


Sazişin mahiyyəti ondan ibarətdir ki, ABŞ hədəflərin koordinatlarını bölüşərək, səylərini Rusiya ilə birləşdirəcəyini və, əsasən, Əsəd ordusuna qarşı vuruşan "Cəbhə ən Nüsra" qruplaşmasına qarşı geniş əməliyyatı Rusiya Hərbi-Hava Qüvvələri ilə razılaşdıracağını vəd edir.  



Şəxsən Obama tərəfindən dəstəklənən sazişə əsasən,  amerikalı və rusiyalı hərbçilər arasında sıx əməkdaşlığın qurulması təklif olunur.  Nəşr qeyd edir ki, Rusiya Suriyada ABŞ ordusu ilə məhz bu cür əməkdaşlığın qurulmasına uzun müddətdir səy göstərir.  



Məlumata görə, ABŞ-ın müdafiə naziri bu cür plana qarşı çıxış edib, lakin, yekunda prezidentlə razılaşmalı olub. ABŞ prezidenti administrasiyasının daxilindəki məmurların əksəriyyəti qeyd olunan sazişin əleyhinə çıxış edərək, onun səhv olduğunu qeyd edirlər.