» » İngiltərənin sifariş etdiyi super silah

İngiltərənin sifariş etdiyi super silah

İngiltərənin sifariş etdiyi super silah

Eniş edən təyyarə

Hazırlanması 93 milyon dollara başa gələn Supersonik döyüş təyyarəsi ilk uçuşunu edib. ANS PRESS-in "Daily Mail" elektron nəşrinə istinadən verdiyi məlumata görə, ABŞ Dəniz Qüvvələri Korpusunun müşayiəti ilə uçuşu reallaşdıran Supersonik müvəffəqiyyətlə yerə enib.



5-ci nəsil supersonik döyüş təyyarəsi ilk dəfə Böyük Britaniyaya gəlib. Təyyarə Kral Hava Qüvvələrinin Feyrford aviabazasında eniş edib. "F-35B Laytninq-2" markalı qırıcı təyyarə 10-saatlıq ilk uçuşunu məhz Amerika Birləşmiş Ştatlarından İngiltərəyə edib. Döyüş təyyarəsini ABŞ Dəniz Qüvvələri Korpusunun iki təyyarəsi müşayiət edib.


İngiltərənin sifariş etdiyi super silah

İngiltərənin sifariş etdiyi super silah

İngiltərənin sifariş etdiyi super silah

Bu, Böyük Britaniyanın ABŞ-dan 2018-ci ildən etibarən alacağı yeni nəsil döyüş təyyarələrindən birincisidir. Onun göyərtəsində olan ekipaj üzvləri britaniyalı həmkarlarına yeni nəsil döyüş təyyarəsinin imkanları və uçuş xüsusiyyətləri ilə bağlı təlim keçəcəklər. "F-35B" döyüş təyyarəsi Beynəlxalq "Eyr-Tatu" və "Farnboro" Beynəlxalq Aviaşoularında nümayiş etdiriləcək. Təyyarənin inşası 70 milyon funt-sterlinqə (93 milyon dollara) başa gəlib.