» » Məşhur müğənni iki evin qiymətinə brilyant aldı

Məşhur müğənni iki evin qiymətinə brilyant aldı

Məşhur müğənni iki evin qiymətinə brilyant aldı

Bülənt Ersoy

Türkiyənin tanınmış müğənnisi Bülent Ersoy alış-verişi ilə hamını heyrətə sala bilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu dəfə türk musiqisinin divası zərgərlik məhsulları mağazasında görüntülənib. 


Onun sifarişi ilə özəl dəst hazırlanıb. O, sifarişini ötən gün təhvil götürüb. Brilyantdan olan dəst üçün o, azı iki evin pulunu ödəyib - 95 min dollar. 



Üzük, sırğa və boyunbağından olan dəst sarı brilyantdan və ağ qızıldan hazırlanıb.



Diva alış-verişdən öncə sifarişini uzun müddət incələyib. Daha sonra isə bahalı dəstini taxaraq lüks avtobusuna minərək evinə qayıdıb. 



B.Ersoy dəbdəbəli və bahalı zinət əşyaları ilə hər zaman fərqlənib. Onun ekstravaqant tərzi özünü daş-qaş seçimində də göstərir. Bəzən o aldığı əşyanın başqasında olmaması üçün radikal addımlar atması ilə də seçilir. Məsələn, geyimlərini və ya zinət əşyalarını ya özəl hazırlatdırır, ya da mağazada olan bütün nüsxələrini alır. 


Məşhur müğənni iki evin qiymətinə brilyant aldı

Məşhur müğənni iki evin qiymətinə brilyant aldı

Məşhur müğənni iki evin qiymətinə brilyant aldı

Məşhur müğənni iki evin qiymətinə brilyant aldı