» » ANS-in Türkiyə müxbirini tənqid edənlərə cavab

ANS-in Türkiyə müxbirini tənqid edənlərə cavab

ANS-in Türkiyə müxbirini tənqid edənlərə cavab

Pərviz Sultansoy

Üç gün öncə Türkiyə

Lakin hava limanının əməkdaşından alınan müsahibə heç də hər kəs tərəfindən birmmənalı qarşılanmayıb. Bəziləri M.Kalenderin Azərbaycan dilinə yaxın danışığını, bəziləri isə onun geyimini tənqid etdi. 



P.Sultansoy haqqında səslənən ittihamların cavabını verib. O, qeyd edib ki, terror hadisəsi iyunun 28-də saat 21.22-də baş verib. "Biz 6 dəqiqə sonra yola çıxdıq və 35 deqiqə sonra acı həqiqətlərin şahidi olduq. Artıq 45 dəqiqə sonra canlı efirdə idik. İctimaiyyəti, o cümlədən həmin saatlarda evlərində nigaran yaxınlarını gözləyən ailələri, övladları, əzizləri İstanbulda oxuyan-çalışanları, baş verən hadisələrdən narahat olanlara son məlumatları ötürməyə çalışdıq". 


Hava limanı rəsmisi ilə müsahibəyə gəldikdə isə o deyib ki, müsahibəyə başlamadan öncə hər zaman olduğu kimi ünvalanacaq suallar türk dilində izah edilib. "Artıq türk mətbuatı ANS TV-nin qara lentle efire çıxdığından xəbərdar idi. ANS TURKSAT peyki ilə dünyaya yayaımlandığından Mustafa bəy də bu məsələdən xəbərdar idi. Mustafa bəy fəslə uyğun olan formada idi və belində qanuna uyğun olaraq silahı, döş nişanı və s  onun dövlət məmuru olduğunu sübut edir. Eynək taxıb, qollarını bir-birinə keçirməsi isə şəxsi işidir. O, qanunla qadağan edilən heç bir açıqlama verməyib. 

Azərbaycan dilində bəzi sözləri işlətməyinə gəldikdə isə o bizim dövlət universitetlərindən birində təhsil alıb. Qardaşı azərbaycanda fəaliyyət göstərir, özü də tez tez ölkəmizə səfər edir, soydaşlarımızla təmasda olur. 

Bütün dünya kanallarının büroları kimi bizim də yayaımlarımız Türkiyənin dövlət idarəsi tərəfindən izlənilir. Əgər hər hansı problem olarsa heç kəsin təklifi olmadan buna reaksiya veriləcək", deyən büro rəhbəri onu və ANS-i ittiham edənlərə cavabında bildirib.