» » Siçan zəhəri içdi

Siçan zəhəri içdi

Siçan zəhəri içdi

Şəmkir rayon sakini gəmiricilər əleyhinə olan zəhərdən zəhərlənib.

Ucarliyiq.biz apa-ya istinadən bildirir ki, rayonun Dəllər qəsəbə sakini, 1989-cu il təvəllüdlü Samir Əhmədov zəhərlənmə əlaməti ilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, S. Əhmədov gəmiriciləri məhv etmək üçün istifadə olunan sink fosfid zəhərindən zəhərlənib.