» » Çinli iPhone 6s üçün böyrəyini satmağa cəhd etdi

Çinli iPhone 6s üçün böyrəyini satmağa cəhd etdi

Çinli iPhone 6s üçün böyrəyini satmağa cəhd etdi

U tibbi baxışdan keçib.

Çinin Yançjou şəhrinin (Tszyansu vilayəti) sakini  iPhone 6S almaq üçün böyrəyini satmaq qərarına gəlib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə China Daily yazıb.

Qeyd edilir ki, U (Wu) soyadlı kişiyə bu ideyanı dostu Huan verib.

Onlar internetdə qanunsuz orqan alan agenti tapıblar. O, Udan Nankin şəhərində tibbi baxışdan keçməyi xahiş edib. Onlar elə həmin xəstəxanada agent ilə görüşməli idilər, amma agent görüşə gəlməyib.

Bundan sonra U böyrəyini satmaq barədə fikrini dəyişib. Bu barədə dostuna danışıb, o isə sövdələşməni ləğv etmək istəməyib və U polisə müraciət edib. Hüquq-mühafizə orqanı əməkdaşları gizlənən Huanı operativ şəkildə saxlaya bilməyiblər.

Onu da qeyd edək ki, Çində belə hal ilk dəfə deyil baş verir.

2013-cü ilin oktyabrında Şanxaydan olan cütlük qızlarını sataraq əldə etdikləri pula iPhone aldıqları xəbər verilmişdi. O, zaman işsiz cütlük uşaqlarını satmaq barədə elanı internetdə doğuşdan bir qədər əvvəl yerləşdirmişdilər.