» » Vaqonda DOĞUŞ: həkimlərin bacarmadığın beledçilər etdi- FOTOLAR

Vaqonda DOĞUŞ: həkimlərin bacarmadığın beledçilər etdi- FOTOLAR

Vaqonda DOĞUŞ: həkimlərin bacarmadığın beledçilər etdi- FOTOLAR

Bakıdan yola düşən 449/450 nömrəli Bakı-Xarkov sərnişin qatarında körpə dünyaya gəlib.

Ucarliyiq.biz xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov 1xəbər-ə bildirib ki, Volqoqrad stansiyasına yaxınlaşarkən qatar rəisi İlhamə Bağırova və 5-ci vaqonun bələdçiləri Göyçək Hüseynova və Şeyda Fətəliyeva vaqonun sərnişini, hamilə qadın Alina Veşeteçkanın ağrılarının kəskinləşdiyini görüb ona ilkin yardım göstəriblər. Sərnişin bir oğlan övladı dünyaya gətirib.

Volqoqrad stansiyasında "Təcili yardım" çağırtdırılıb, övladı dünyaya gələn sərnişin Alina Veşeteçka xəstəxanaya aparılıb.

"Təcili yardım" briqadası göstərdikləri fədakarlığa görə Azərbaycan dəmiryolçularına öz minnətdarlığını bildiriblər.

Maraqlıdır ki, son dövrlər Azərbaycan xəstəxanalarında doğuş zamanı körpə ölümlərinə səbəb olan ginekoloqların əksinə bələdçilər bu işin öhdəsindən uğurlu gələ biliblər.

Vaqonda DOĞUŞ: həkimlərin bacarmadığın beledçilər etdi- FOTOLAR
Vaqonda DOĞUŞ: həkimlərin bacarmadığın beledçilər etdi- FOTOLAR