» » Kerridən Əliyev və Sarkisyana çağırış

Kerridən Əliyev və Sarkisyana çağırış

Kerridən Əliyev və Sarkisyana çağırış

Con Kerri-ABŞ-ın dövlət katibi

ABŞ-ın dövlət katibi Con Kerri

Con Kerri Ermənistan və Azərbaycan prezidentləri ilə apardığı telefon danışıqları zamanı tərəfləri Dağlıq Qarabağ zonasında vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb.   



“Kerri son həftələrdə təmas xətti boyu atəşkəs rejiminə əməl edildiyini müsbət hal olduğunu qeyd edib və prezidentləri sülh prosesinin irəliləməsi üçün vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb”, - deyə bəyanatda bildirilir.



Dövlət katibi həmçinin ABŞ-ın münaqişənin hərtərəfli həllinə dəstək verməyə hazır olduğunu təsdiqləyib və prezidentləri ATƏT Minsk Qrupunun vasitəçiliyi ilə danışıqları davam etdirməyə çağırıb.   


Kerridən Əliyev və Sarkisyana çağırış

Kerridən Əliyev və Sarkisyana çağırış

Ötən gün

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə keçirilən danışıqlar prosesində son hadisələri, xüsusən, Vyana və Sankt Peterburq görüşlərində əldə olunan razılaşmaların icrası prosesini müzakirə ediblər.



Con Kerri və İlham Əliyev arasında telefon danışığı  zamanı zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.