» » Məşhur rejissor Ermənistandakı vəziyyətdən şikayət edir

Məşhur rejissor Ermənistandakı vəziyyətdən şikayət edir

Məşhur rejissor Ermənistandakı vəziyyətdən şikayət edir

Artyom Akopyan

Bir dəqiqə də olsun belə Ermənistanda qalmaq istəmirəm


"O ölkədə ki, savadsızlıq və zövqsüzlük dəbə diktə edir; o ölkədə ki, bütün müğənnilər yalnız toylar üçün mövcuddur, televiziyanın efirində isə hələ yolunmuş qaşlarla zərif oğlan olmayanadək reytinqin olmayacaq; harada ki, siyasətçi söyüş söyməyənədək sakitləşməyəcək; harada ki, hamı hər şeyə tüpürür, kimdəsə bədbəxtlik baş verəndə sevinirlər… orada yaşamaq istəmirəm", - deyə Akopyan bildirib.



Ermənilərin öz dövlətlərində acınacaqlı vəziyyətdə yaşadıqları artıq hər kəsə məlumdur, amma bunu erməni vətəndaşlarının öz dilindən eşitmək daha da maraqlıdır. Erməni mətbuatı dəfələrlə ölkələrində yaşayış səviyəsinin aşağı olduğunu və iqtisadi cəhətdən acınacaqlı vəziyyətdə olduğlarını qeyd edib. Ölkədə işsizlik tüğyan edir. Həmçinin orduda da ciddi noqsanlar var ki, aprel döyüşləri bunu bir daha subut etdi.



Bir müddət əvvəl erməni mətbuatına açıqlama verən Suren Markaryan adlı şəxs aclıq şəraitində yaşadıqlarını bildirmişdi: "Burada iş yoxdur, pis yaşayırıq, hər kəs qaçıb gedir Rusiyada və digər ölkələrdə bazarlarda, küçələrdə işləyirlər. Əvvəl dövlət var idi, baxırdılar bizə, amma indi veclərinə almırlar. Hər kəs müharibə şəraitindən, işsizlikdən bezib. Sovet dövründə yaşamaq olurdu, pul, iş var idi, insanlar burada yaşayırdılar, qaçmırdılar. Heç olmasa ət, kolbasa yeyə bilirdik, indi onlara həsrət qalmışıq".