» » ABŞ-dan daha bir Qarabağ açıqlaması

ABŞ-dan daha bir Qarabağ açıqlaması

ABŞ-dan daha bir Qarabağ açıqlaması

Ağ Ev

Con Kirbi - ABŞ Dövlət Departamentinin mətbuat sözçüsü

Ötən gün Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə telefonla danışıb.



Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə keçirilən danışıqlar prosesində son hadisələri, xüsusən Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaların icrası prosesini müzakirə ediblər.


Dövlət Departamentinin yaydığı bəyanatda bildirlir ki, Con Kerri Ermənistan və Azərbaycan prezidentləri ilə apardığı telefon danışıqları zamanı tərəfləri Dağlıq Qarabağ zonasında vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb.   



“Kerri son həftələrdə təmas xətti boyu atəşkəs rejiminə əməl edilməsinin müsbət hal olduğunu qeyd edib və prezidentləri sülh prosesinin irəliləməsi üçün vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb”, - deyə bəyanatda bildirilir.