» » Sumqayıtda xəstəsi ölən 81 yaşlı həkimə cəza verildi

Sumqayıtda xəstəsi ölən 81 yaşlı həkimə cəza verildi

Sumqayıtda xəstəsi ölən 81 yaşlı həkimə cəza verildi

Cəfər Quliyev-Cərrah

Sumqayıtda 3 uşaq anası olan xəstənin ölümündə günahlandırılan 81 yaşlı həkim müalicə və əməliyyat işlərindən uzaqlaşdırılıb. Bu barədə ucarliyiq.biz-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.



Onun sözlərinə görə, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında baş verən ölüm hadisəsi ilə bağlı Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb. "Komissiya tərəfindən ölüm faktının səbəbləri araşdırılacaq, hadisənin həkim səhvi nəticəsində baş verməsi təsdiqlənərsə, müvafiq tədbirlər görüləcək. Amma hazırda 81 yaşlı həkim Cəfər Quliyev müalicə və əməliyyat işlərindən uzaqlaşdırılıb".


Ötən gün Sumqayıtda 81 yaşlı cərrahın əməliyyat etdiyi xəstə dünyasını dəyişib. 3 uşaq anası Lumu Veyisova öd kisəsindəki kəskin ağrılarla Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına müraciət edib. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb.



Xəstənin yaxınları isə Lumu Veyisovun ölümündə həkimi günahlandırırlar. İddia edirlər ki, həkim yaşlı olduğu üçün xəstənin damarlarını kəsib. Qanaxma bu səbəbdən yaranıb.

Xəstəni əməliyyat edən həkim Cəfər Quliyev isə bununla razılaşmayıb.  O, xəstənin xəstəxanaya gec çatdırıldığını, vəziyyətinin ağır olduğunu bildirib.