» » Tacikistanda yaxın qohumlar arasında nikah qadağan edilib

Tacikistanda yaxın qohumlar arasında nikah qadağan edilib

Tacikistanda yaxın qohumlar arasında nikah qadağan edilib

VVAQ orqanları isə tibbi arayış olmadan nikah mərasimini təşkil edə bilməyəcəklər.

Tacikistanda yaxın qohumlar arasında nikaha girməyə qadağa qoyulması ilə bağlı qanun qüvvəyə minib.

Ucarliyiq.biz bu barədə “Аsiya-Plyus”a istinadən xəbər verir. 

“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması” qanununa qəbul edilən düzəlişə əsasən, 1-ci dərəcəli qohum evlilikləri bundan sonra qadağan edilir. 

Bundan başqa, nikaha girməzdən öncə gənclər pulsuz tibbi müayinədən keçəcəklər. VVAQ orqanları isə tibbi arayış olmadan nikah mərasimini təşkil edə bilməyəcəklər.

Daha öncə Tacikistanın səhiyyə və sosial müdafiə naziri Nürətullo Salimzadə bəyan edib ki, 2015-ci ilin əvvəlində ölkədə 30 mindən çox əlil uşağın doğuşu qeydə alınıb.

Nazirin sözlərinə görə, bu uşaqların əksəriyyəti yaxın qohumlar arasında bağlanan nikahlardan doğulub.