» » Hava dəyişir - xəbərdarlıq edildi

Hava dəyişir - xəbərdarlıq edildi

Hava dəyişir - xəbərdarlıq edildi

Küləkli hava

Azərbaycanda hava şəraiti dəyişir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bununla bağlı xəbərdarlıq edib.



Departamentdən ucarliyiq.biz-ə verilən məlumata görə, iyulun 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.


Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə düşəcək. Çaylarda sululuğun artacağı ehtimalı var. 



İyulun 2-3-də Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu 3-5 dərəcə düşəcək.