» » ATƏT və Almaniya Qarabağla bağlı qərar verib

ATƏT və Almaniya Qarabağla bağlı qərar verib

ATƏT və Almaniya Qarabağla bağlı qərar verib

Dağlıq Qarabağ


ATƏT-in Minsk qrupunun həmdərləri və təşkilata sədrlik edən Almaniya Azərbaycan və Ermənistan prezidentlərin görüşü ilə bağlı qərar qəbul edib. ucarliyiqşbiz-in məlumatına görə, bu barədə Ermənistanın “Qraparak” qəzeti xəbər yayıb.

Qərara əsasən İlham Əliyev və Serj Sarkisyanın görüşləri “non stop” (dayanmadan) davam etdiriləcək.

Qəzetin məlumatına görə prezidentlərin növbəti görüşləri Vyanda, Sankt-Peterburqda, Parisdə, həmçinin ABŞ-ın şəhərlərindən birində təşkil edilə bilər.



Məqsəd danışıqlar prosesində intensivliyi təmin etmək və hərbi əməliyyatların yenidən alovlanmasına imkan verməmək, həmçinin görüşlər vasitəsi ilə danışıqlar prosesini sürətləndirməkdir.



Qəzetin iddiasına görə, görüşlər avqustda Parisdə, daha sonra isə sentyabr - oktyabr aylarında ABŞ keçirilə bilər. 


ATƏT və Almaniya Qarabağla bağlı qərar verib
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında üçtərəfli görüş

Prezidentlər son dəfə Rusiyanın Sankt-Peterburq şəhərində görüşüblər. Həmin görüşdən hər iki tərəf məmnunluq ifadə edib.  Görüş iyun ayının 20-də Rusiyanın təşəbbüsü ilə baş tutub. 



Görüşdə Rusiya prezidenti Vladimir Putin də iştirak edib. 



Bundan öncə isə dövlət başçıları may ayının 16-da Vyanada bir ayara gəlmişdilər. Bu aprel döyüşlərindən sonra ilk təmas olub.