» » Azarkeş matç zamanı Ronaldoya hücum etdi

Azarkeş matç zamanı Ronaldoya hücum etdi

Azarkeş matç zamanı Ronaldoya hücum etdi

Kriştianu Ronaldo - Portuqaliya millisinin futbolçusu

Avro-2016 çərçivəsində keçirilən Portuqaliya-Polşa matçı zamanı azarkeşlərdən biri portuqaliyalı oyunçu Kriştianu Ronaldoya hücum edib. ucarliyiq.biz-in məlumatına görə, azarkeş oyun meydançasına daxil olaraq sürətlə Ronaldoya doğru qaçmağa başlayıb. Lakin özünü vaxtında çatdıran stüard  Kriştianu Ronaldo ilə azarkeşin birbaşa toqquşmasına imkan verməyib.


Oyunu idarə edən hakim Feliks Brıx azarkeşi meydandan kənarlaşdırmaq üçün oyunu dayandırmalı olub.



Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflərdən heç biri fərqlənə bilməyib. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Portuqaliya növbəti mərhələyə adlayıb.



Portuqaliya yarımfinalda Uels-Belçika oyununun qalibi ilə qarşılaşacaq.

 



Azarkeşin Kriştiano Ronaldoya hücumu

Bir müddət əvvəl də Ronaldonun adı KİV-də hallanırdı.  İyunun 22 də isə Portuqaliya yığmasının və “Real Madrid” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo əsəblərinə hakim ola bilməyib. Futbolçu ona sual vermək istəyən jurnalisti pərt edib. O, müxbirin əlindən mikrofonu alaraq ətrafdakı çaya atıb.



Jurnalistin sualı isə bugünkü oyun haqqında olub. Ronaldonun bu hərəkəti sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bu axşam Avropa çempionatının F qrupunda Portuqaliya Macarıstan yığması ilə qarşılaşacaq. Ronaldo turnir ərzində fərqlənə bilməyib.