» » Azərbaycanda tozlu hava olacaq

Azərbaycanda tozlu hava olacaq

Azərbaycanda tozlu hava olacaq

Dumanlı hava

İyulun 20-25-dən sonra Azərbaycana tropik quru isti hava kütləsinin gələcəyi, quru, isti, tozlu küləklərin əsəcəyi gözlənilir. ANS TV-nin məlumtına görə, bu barədə Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsindən bildirilib.


İyulun 20-25-dən avqustun 15-dək olan dövr ərzində Azərbaycanda havanın quraq, yağıntısız keçəcəyi gözlənilir.



AMEA-dan bildirlib ki,  iyulun 20-25-dən sonra atmosfer təzyiqinin fərqindən asılı olaraq, Azərbaycana ya Orta Asiyadan quru isti, ya da Şimali Afrikadan və Ərəbistan yarımadasından tropik quru isti hava kütləsi gələcək.



Hava haqqında mıəlumat

Yay aylarında belə hava şəraiti nəfəs borusu və allergik xəstəliklərdən əziyyət çəkənlər üçün təhlükəlidir. Bu xəstəliklərdən əziyyət çəkənlər hələ daha iki gün ehtiyatı əldən verməməlidirlər. 



Bu ilin mayında Bakıda dumanlı hava hökm sürüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühit üzrə milli monitorinq departamentinin direktor müavini Mətanət Avazova deyib ki, havadakı toz dənəcikləri Azərbaycana Ərəbistan çöllərindən gəlib.