» » Türkiyə ölən rus pilotun ailəsinə ev verir

Türkiyə ölən rus pilotun ailəsinə ev verir

Türkiyə ölən rus pilotun ailəsinə ev verir

Türkiyədə ötən ilin noyabr ayında Suriya ilə sərhəddə vurulan Rusiyaya məxsus "Su-24"ün öldürülən pilotunun ailəsinə ev verilir. ucarliyiq.biz-in məlumatına görə, ev Türkiyənin turistik məkanlarından hesab edilən Kəmərdədir.



Bu, Antalya Kəmər bələdiyyəsinin təşəbbüsü olub. Ev paraşütlə vurulan təyyarədən xilas olan, lakin eniş zamanı qətlə yetirilən pilot Oleq Peşkovun ailəsinə təqdim ediləcək. Artıq bələdiyyə başçısı MHP-dən olan Mustafa Gül bu təklifi Rusiyanın Antalyadakı baş konsulluğuna çatdırıb.


Türkiyə ölən rus pilotun ailəsinə ev verir


Başçı Gül konsul Aleksandr Tolstopyatenkonu öz ofisində ziyarət edib. O, özü ilə hədiyyə gətirib. Tablo və türk şirniyyatını "münasibətlərimizin şirin qalması üçün sizə şirniyyat gətirdim" deyərək təqdim edib.



Tabloda Rusiya və Türkiyə bayraqları fonunda qucaqlaşan iki dəniz ulduzu təsvir edilib. 



"Dövlət turizmin önünü açmaq üçün bu qədər iş görüb. Biz də belə bir jest etmək istədik. Kəmərdəki otellər və mülkilərin imzası ilə ölən pilotun ailəsinə ev verməyə qərar verdik. Bu təklif qəbul edilərsə, pilotun ailəsini Kəmərdə görmək bizi çox sevindirər".


Türkiyə ölən rus pilotun ailəsinə ev verir