» » Ankara və Moskva arasında intensiv danışıqlar başlayır

Ankara və Moskva arasında intensiv danışıqlar başlayır

Ankara və Moskva arasında intensiv danışıqlar başlayır

“Kremldə Moskva və Ankara arasında  iqtisadi münasibətlərin  yenilənməsindən sonra  Türkiyə ilə “intensiv əlaqələr ayı” proqnozlaşdırılır”.



ucarliyiq.biz-in məlumatına görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 



"Prezidentin ötən gün imzaladığı fərmana uyğun olaraq Türkiyə hökuməti ilə əlaqələrə start verilib. Ona görə də indi bir ay, bəlkə, daha çox davam edən kifayət qədər intensiv görüşlər olacaq", - deyə o bildirib.


Ankara və Moskva arasında intensiv danışıqlar başlayır

İyunun 29-da Rusiya prezidenti Vladimir Putin ölkəsinin sakinlərinin Türkiyəyə turist səfərləri ilə bağlı qadağasını ləğv edib.


Ankara və Moskva arasında intensiv danışıqlar başlayır


Rusiya lideri hökumətə türk tərəfi ticari-iqtisadi və digər sahələrlə qarşılıqlı əlaqələrin bərpası istiqamətində danışıqlara başlamağı da tapşırıb.



Türkiyə və Rusiya prezidentləri  arasında baş tutan telefon danışığından sonra V.Putin hökumətin iclasını keçirib. 



Onun sözlərinə görə, Türkiyə öz ərazisində rusların təhlükəsizliyini təmin etmək üçün əlindən gələn hər şeyi edəcəyinə söz verib.