» » Qız üstündə QANLI DAVA

Qız üstündə QANLI DAVA

Qız üstündə QANLI DAVA

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Ucarliyiq.biz teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsi, Xasməmmədov 1 ünvanında qeydə alınıb.

32 yaşlı Əziz Məmmədovun yaşadığı məhəllədə tanışı ilə mübahisəsi düşüb. Tanışların mübahisəsi sonradan əlbəyaxa davaya çevrilib. Bu zaman Əziz Məmmədov bıçaqlanıb. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Əziz Məmmədov xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. İlkin məlumata görə, onların arasında mübahisə qız üstündə yaranıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsində araşdırma aparılır.