» » Beren Saatı Nurgül Yeşilçay əvəz edəcək

Beren Saatı Nurgül Yeşilçay əvəz edəcək

Beren Saatı Nurgül Yeşilçay əvəz edəcək

"Muhteşem Yüzyıl" Serialının davamı olan "Muhteşem Yüzyıl Kösem" serialında sürpriz dəyişikliklərin olacağı gözlənilir. ucarliyiq.biz-in məlumatına görə, serialın baş rolunu ifa edən Beren Saatı məşhur aktrisa Nurgül Yeşilçayın əvəz edəcəyi iddia olunur.



Nurgül Yeşilçayın artıq serialın yeni mövsümündə rol almaq üçün müqavilə də imzaladığı bilidirilir. O, "Muhteşem Yüzyıl Kösem"də Beren Saatın oynadığı Kösem rolunu canlandıracaq. 


Beren Saatı Nurgül Yeşilçay əvəz edəcək


Beren Saat işinə başqa bir kanalda yayımlanacaq serialın yeni mövsümündə rol alaraq davam edəcək. "Muhteşem Yüzyıl Kösem"də isə zaman keçidi baş verəcək və Yeşilçay seriala Kösem Sultan olaraq qatılacaq.



Bu qərarın verilməsinə səbəb isə Beren Saatın Kösemin qocalıq halını canlandırmaq isməməsi olub. Məşhur aktrisa serialdakı performansı ilə tez-tez tənqidlərə məruz qalıb.


Beren Saatı Nurgül Yeşilçay əvəz edəcək

Saatın serialdan ayrılması ilə "Muhteşem Yüzyıl Kösem"in əsas aktyor və aktrisa kollektivi də ciddi dəyişikliyə məruz qalacaq. Hülya Avşar, Mete Horozoğlu, Ekin Koç, Esra Dermancıoğlu, Aslıhan Gürbüz, Tülin Özen kimi bir çox məşhur sima serialın ilk mövsümündə ssenariyə uyğun olaraq serialdan ayrılıb.