» » "Barselona"nın istədiyi milyonluq ulduz

"Barselona"nın istədiyi milyonluq ulduz

"Barselona"nın istədiyi milyonluq ulduz

"Barselona"nın transfer etmək istədiyi daha bir futbolçu müəyyənləşib. ucarliyiq.biz-in məlumatına görə, Kataloniya klubu "Ayaks"ın gənc ulduzu Donni Van de Beeki hədəfə alıb.



Donni Van de Beek "Ayaks"ın yetirməsidi. "Transfermarkt"ın 1 milyon avro qiymət qoyduğu 19 yaşlı yarımmüdafiəçi 2015/16 mövsümündə "Ayaks"ın əsas heyətində 10 oyun (1 qol), gənclər komandasında 13 oyun (2 qol), U-19 komandasında 6 oyun (2 qol) keçirib. O, Hollandiyanın U-19 millisinin üzvüdür.


"Barselona"nın istədiyi milyonluq ulduz

"Barselona"nın istədiyi milyonluq ulduz


Bu arada "Barselona" Neymarla yeni müqavilə imzalamağa hazırlaşır. Bunu klub prezidenti Xosep Mariya Bartomeu açıqlamasında bildirib. Klub rəhbərinin sözlərinə görə, tərəflər arasında 5 illik sözləşmə imzalanacaq.



Qarşıdakı günlərdə "Barsa" əzəli rəqibi "Real"ın israrla transfer etməyə çalışdığı futbolçusu ilə müqaviləni rəsmiləşdirəcək. Neymarın Kataloniya klubu ilə 2018-ci ilə qədər müqaviləsi var. 



Neymar yeni müqavilənin şərtlərinə görə, indi daha çox qazanacaq. İndiyədək həftədə 250 min funt-sterlinq (təxminən 547 min manat - red.) alan futbolçu bundan sonra həftədə 500 min funt-sterlinq (təxminən 1 milyon 9 min manat - red.) qazanacaq.