» » Rusiyada azərbaycanlılar və ermənilər əlbəyaxa oldular – FOTO + YENİLƏNİB

Rusiyada azərbaycanlılar və ermənilər əlbəyaxa oldular – FOTO + YENİLƏNİB

Rusiyada azərbaycanlılar və ermənilər əlbəyaxa oldular – FOTO + YENİLƏNİB

Ölən var.

Sentyabrın 13-də Rusiyanın Volqoqrad şəhərində erməni tərəfindən odlu silahla qətlə yetirilən azərbaycanlı Eduard Nəbi oğlu Çiriyevin meyiti Azərbaycana gətirilib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə APA-nın Rusiya bürosuna Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad (ÜAK) üzrə regional bölməsinin sədr müavini Fikrət Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 24 yaşlı Eduard doğulduğu Balakən rayonunda dəfn olunub. 

ÜAK-ın regional bölməsinin rəhbəri Teymur Həsənov isə APA-ya açıqlamasında Volqoqradda azərbaycanlılarla ermənilər arasında baş verən hadisənin təfərrüatları barədə danışıb. Onun bildirdiyinə görə, E. Çiriyev dostları ilə birlikdə yeyib-içdikdən sonra şəhərdəki ermənilərin barına getməyə qərar veriblər:

“Hüquq-mühafizə orqanlarından mənə verilən məlumata görə, Eduard Çiriyev və dostları birlikdə yeyib içdikdən sonra ermənilərin barına gediblər. Bu zaman onlarla barda olan ermənilər arasında mübahisə düşüb. Barın sahibinin oğlu Virabyan soyadlı erməni avtomobilində olan "Sayqa" tipli tüfəngini götürərək Eduard Çiriyevə atəş açıb. Nəticədə Eduard aldığı güllə yarasından ölüb".

Diaspor rəhbəri hadisənin hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu söyləyib.

Qeyd edəki, azərbaycanlını öldürən erməni Volqoqraddakı erməni diasporunun bir müddət rəhbəri olmuş Vyaçeslav Virabyanın oğludur.  
 

14:53

APA-nın məlumatına əsasən, atəş açmış şəxs barın sahibinin oğlu milliyətcə ermənidir. Öldürülən şəxs isə azərbaycanlı, Balakən sakini 24 yaşlı Eduard Nəbioğludur. 

14:35

Sentyabrın 13-də Rusiyanın Volqoqrad şəhərinin Kiyevski rayonunda yerləşən “Bariton” karaoke-barında gənc oğlanın güllələnməsi kütləvi davaya səbəb olub.

ucarliyiq.biz “Bloknot Volqoqrad” saytına istinadən xəbər verir ki, Kirov rayonunun İstintaq şöbəsinin rəhbəri Altn Barsıkovun bildirdiyinə görə, ermənilər və azərbaycanlılar arasında baş verən davada 10 nəfərə yaxın adam iştirak edib.

“Kafedəkilər nəyi isə bölüşə bilməyiblər, sahibin qohumu ov tüfəngini çıxarıb və bir nəfəri yaralayıb”, - deyə, Altn Lazareviç bildirib.

Həlak olan oğlanın dostu Vadim “Bloknot Volqoqrad”a danışıb ki, ölümlə nəticələnən atəşi “Bariton”un sahibinin oğlu açıb. Bundan sonra zərərçəkənin dostları onu maşına əyləşdirərək, xəstəxanaya aparaıblar.

Atəş açan öz dostu ilə dörd maşında təqibə başlayıb. Kirov rayonundan 21 saylı xəstəxanayadək yol boyu atəş səsləri kəsilməyib. Yaralını aparan maşın güllədən deşik-deşik olubmuş. Sonuncu güllələr isə xəstəxana kompleksinin ərazisində, dostları yaralını maşından çıxararkən açılıb. Bir neçə dəfə atəş açan cinayətkarlar gizləniblər.

Tibb  işçiləri yalnız 21 yaşlı oğlanın ölümün qeydə alıblar. Oğlan boynundan aldığı yaradan ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hüquq-mühafizə orqanları qətli törətməkdə şübhəli bilinən bar sahibinin 34 yaşlı oğlunu saxlayıblar.

Təəssüf ki, 21 yaşlı gənc aldığı yaralardan dünyasını dəyişib. Güllə onun boynundan dəyibmiş.

Faktla bağlı “Qətl” maddəsi üzrə cinayət işi qaldırılıb. Atəş açmış 34 yaşlı şəxs artıq saxlanılıb.

Rusiyada azərbaycanlılar və ermənilər əlbəyaxa oldular – FOTO + YENİLƏNİB

Rusiyada azərbaycanlılar və ermənilər əlbəyaxa oldular – FOTO + YENİLƏNİB

Rusiyada azərbaycanlılar və ermənilər əlbəyaxa oldular – FOTO + YENİLƏNİB