» » Qazaxıstanda Rusiya hərbi bazasını partlatmaq istədilər

Qazaxıstanda Rusiya hərbi bazasını partlatmaq istədilər

Qazaxıstanda Rusiya hərbi bazasını partlatmaq istədilər

Qazaxıstanda radikallar rus hərbi hissəsini ələ keçirməyə cəhd edib. ucarliyiq.biz-in məlumatına görə, Qazaxıstanın Qaraqanda vilayətində rus hərbi hissəsinə hücum etməyi planlaşdıran bir qrup şəxs həbs edilib.



Hüquq mühafizə orqanlarından bildirilib ki, onlar Qazaxıstanın Balşax şəhərində yerləşən hərbi hissəyə hücum planlaşdırıblar. Plana görə, silahlı şəxslər hücumdan sonra ölkəni tərk edərək Suriyaya getməli idilər.


Qazaxıstanda Rusiya hərbi bazasını partlatmaq istədilər


Gülşad qəsəbəsində keçirilən əməliyyat zamanı döyüşçülərdən biri üzərindəki partlayıcını işə salıb və aldığı yaralardan həyatını itirib. Terrorçulardan silah-sursat və partlayıcı vasitələr götürülüb.



Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Vladimir Jumakov həbs edilənlərin sayının 6 nəfər və onların yerli vətəndaş olduğunu açıqlayıb. O faktı təstiqləyərək, vurğulayıb ki, həmin şəxslər Qaraqandada yerləşən hərbi bazaya hücum etməyi planlaşdırıb.


İyunun 5-də bir qrup silahlı şəxs Qazaxıstanın Aktobe şəhərində iki silah mağazasına və hərbi hissəyə hücum edib. Terrorçuların hücumu nəticəsində 3-ü hərbçi olmaqla, 7 nəfər öldürülüb.



Hücumdan sonra şəhərdə antiterror əməliyyatı rejimi tətbiq edilib.