» » Azərbaycanlı qadınlar Türkiyə, Rusiya və BƏƏ-də seksual istismara məruz qalırlar

Azərbaycanlı qadınlar Türkiyə, Rusiya və BƏƏ-də seksual istismara məruz qalırlar

Azərbaycanlı qadınlar Türkiyə, Rusiya və BƏƏ-də seksual istismara məruz qalırlar

ABŞ Dövlət Departamenti "İnsan Alveri" ilə bağlı illik hesabatını açıqlayıb. ucarliyiq.biz-in məlumatına görə, hesabatda Azərbaycan insan alverinə görə "2-ci dərəcəli" ölkələr sırasında yer alıb. 



Məlumata görə, Azərbaycan insan alveri üçün mənbə, tranzit və təyinat ölkəsidir. Kişilər, qadınlar və uşaqlar məcburi əməyə və ya seks alverinə məruz qalırlar. Azərbaycanlı kişi və oğlanlar Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirliklərində məcburi əməyə, qadın və uşaqlar isə istər ölkə daxilində, istərsə də, Türkiyə, Rusiya və BƏƏ-də seksual istismara məruz qalırlar. Azərbaycan, həmçinin Özbəkistan, Türkmənistan, Ukraynadan gələn insanlar üçün əmək və seks alverinin təyinat ölkəsidir.



Hesabatda qeyd olunur ki, Türkiyə, Avropa, Cənubi və Mərkəzi Asiya ölkələrindən gələn miqrant işçilər də Azərbaycanda məcburi əməyə məruz qalırlar. 



Ölkə daxilində bəzi uşaqlar, xüsusən, qaraçı əsillililər məcburi dilənçiliyə məruz qalır və yol kənarında satışa, eləcə də çay evləri və ya toylarda işləməyə məcbur edilirlər. Filippinli qurbanlar isə ev qulluqçuluğuna məruz qalırlar.



ABŞ Dövlət Departamenti bildirib ki, Azərbaycan höküməti insan alverinə qarşı hüquq-mühafizə səylərini gücləndirib. Odur ki, Daxili İşlər Nazirliyinin nəznində İnsan Alverinə Qarşı Mübarizə İdarəsi yaradılıb. 



İnsan Alveri Qurbanlarına Yardım Mərkəzləri 20 regionda 600-dən çox insana maariləndirmə kampaniyaları aparıb. Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə 53 regionda maarifləndirmə kampaniyaları aparıb və sosial media vasitəsi ilə insan alveri ilə bağlı informasiya paylaşıb.



ABŞ Dövlət Departamenti "İnsan Alveri" ilə bağlı illik hesabatda Azərbaycandan başqa, "2-ci dərəcəli" ölkələr arasında Bəhreyn, Banqladeş, Braziliya, Barbados, Çad, Xorvatiya və s. kimi ölkələrin adı var.


Azərbaycanlı qadınlar Türkiyə, Rusiya və BƏƏ-də seksual istismara məruz qalırlar