» » Bakıda zavodda partlayış, yaralılar var

Bakıda zavodda partlayış, yaralılar var

Bakıda zavodda partlayış, yaralılar var

Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” zavodunda partlayış baş verib. ucarliyiq.biz-in məlumatına görə, faktı zavodun işçisi təsdiqləyib. Onun sözlərinə görə, hadisənin hansı səbəbdən baş verdiyi və kimlərin xəsarət alması barədə zavodun saytında məlumat yerləşdiriləcək.



“Report”un məlumatına görə isə, partlayış istehsalat qəzası nəticəsində baş verib. Nəticəsində beş nəfər xəsarət alıb.



Həmin şəxslər zavodda işləyənlər - Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, Masallı rayon sakini 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, Şabran rayon sakini 1959-cu il təvəllüdlü Nüsrətdin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanovdur. Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.



Ə.Ələsgərov və E.İbadullayev tibbi yardım aldıqdan sonra evə buraxılıb, digər yaralıların vəziyyəti stabil ağırdır.



Baş verən partlayışla bağlı cinayət işi başlanıb. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.



Hadisə ilə bağlı ucarliyiq.biz video da əldə edib. Həmin videonu sizə təqdim edirik: