» » Roma Papası Azərbaycandan danışdı

Roma Papası Azərbaycandan danışdı

Roma Papası Azərbaycandan danışdı

Roma Papası Fransisk Azərbaycan səfərinin məqsədini açıqlayıb. ucarliyiq.biz-in məlumatına görə, Vatikanda görüş zamanı Papa deyib ki, ilk növbədə onun Azərbaycan və Gürcüstana səfəri xristianlıq dəyərləri ilə bağlıdır. "Birincisi, bu torpaqlarda qədim xristian köklərinin dəyərləri mövcuddur. Bu digər dinlər və mədəniyyətlərlə dialoq ruhudur".


Roma Papası Azərbaycandan danışdı


Papanın fikirincə, ikinci səbəb sülhə aparan yol və ümidlə bağlıdır.



"Tarix bizi öyrədir ki, sülh yolu mütəmadi addımlar və böyük iradə tələb edir. Ona görə mənim arzum odur ki, hər bir insan barışığa öz töhfəsini versin", - deyə Fransisk bildirib.



Roma Papasının Azərbaycan və Gürcüstana səfəri 30 sentyabr-2 oktyabr tarixlərində baş tutacaq.