» » Yeyib-içən 53 yaşlı kişinin ehtiyatsızlığı onun sonu oldu

Yeyib-içən 53 yaşlı kişinin ehtiyatsızlığı onun sonu oldu

Yeyib-içən 53 yaşlı kişinin ehtiyatsızlığı onun sonu oldu

Göyçay sakininin etdiyi ehtiyatsızlıq onun həyatı bahasına başa gəlib. Rayonun Polis İdarəsindən ucarliyiq.biz-ə verilən məlumata görə, hadisə Qızılağacaq kəndində qeydə alınıb. Kənd sakini 1963-cü il təvəllüdlü Eldəniz Cavad oğlu Məmmədov dostları ilə yeyib-içdikdən kənd ərazisindən keçən Şirvan su kanalında çimmək istəyib. Lakin ehtiyatsızlıq edən kişi çimməyə hazırlaşarkən su kanalına yıxılıb və boğulub. 



Görülən tədbirlər nəticəsində 53 yaşlı kişinin meyiti sudan çıxarılıb və keçirilən tibbi ekspertizadan sonra ailəsinə təhvil verilib.


Yeyib-içən 53 yaşlı kişinin ehtiyatsızlığı onun sonu oldu


Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparır. 



Ümumiyyətlə son günlər suda boğulma faktlarında xüsusi artım qeydə alınıb. Belə hadisələrdən biri də ötən gün Qaradağ rayonu ərazisində qeydə alınıb. İyunun 30-da Qaradağ rayonunun Sahil qəsəbəsindəki dəniz çimərliyində qəsəbə sakini Vüqar Osmanov çimərkən boğulub. Aparılan axtarışlar nəticəsində meyit sudan çıxarılaraq ailəsinə təhvil verilib.