» » Avstriyada prezident seçkilərinin nəticələri ləğv edildi

Avstriyada prezident seçkilərinin nəticələri ləğv edildi

Avstriyada prezident seçkilərinin nəticələri ləğv edildi

Azadlıq partiyası poçtla verilən səslərin hesablanmasına irad tutub.

Avstriyanın Konstitusiya Məhkəməsi prezident seçkilərinin ikinci mərhələsinin nəticələrini ləğv edib, burada “yaşılların” sabiq lideri Aleksandr Van der Bellen qalib gəlib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə iyulun 1-də “Associated Press” məlumat yayıb. 

Məhkəmənin sədri Qerhard Holtsinqer bəyan edib ki, bu qərar heç kimi qalib və ya məğlub etmir, amma bizim hüquq və demokratiyamıza inamı möhkəmləndirmək məqsədi güdür.

Avstriyada prezident seçkilərinin mayın sonunda keçirilən ikinci mərhələsi “yaşılların” sabiq lideri Aleksandr Van der Bellenin qələbəsi ilə sona çatıb. 

Rəsmi məlumata görə, o, öz rəqibini – Milli azadlıq partiyasının namizədi Norbert Hoferi 0,6% geridə qoyub. 

İlkin nəticələrə görə, Hofer rəqibindən kiçik fərqlə irəlidə olub, amma poçt ilə göndərilən 700-dən çox bülletenin hesablanmasından sonra Yaşıllar partiyanın lideri üstünlük əldə edib.

Azadlıq partiyası poçtla verilən səslərin hesablanmasına irad tutub. İddianın müddəalarından birində bəzi yerlərdə bülletenləri yerli məmurlar sayılblar, halbuki qanuna görə, bununla yalnız seçki komissiyasının əməkdaşları məşğul olmalıdır.