» » ATƏT-in Parlament Assambleyasının 25-ci iclası

ATƏT-in Parlament Assambleyasının 25-ci iclası

ATƏT-in Parlament Assambleyasının 25-ci iclası

Bu gün Gürcüstanın paytaxtı Tiflisdə ATƏT-in parlament Assambleyasının 25-ci iclası öz işinə başalayıb. ANS TV-nin məlumatına görə, ümumilikdə 57 ölkədən nümayəndə heyətinin qatıldığı iclasda Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradovanın rəhbərlik etdiyi heyəti ilə təmsil olunub.



İclasda Qarabağ münaqişəsi ilə yanaşı Gürcüstan və Ukraynanın ərazi bütövlüyünün pozulması ətrafında da müzakirələr aparılacaq.


ATƏT-in Parlament Assambleyasının 25-ci iclası


Maraqlı məqam odur ki, həm Ukraynanın, həm də Gürcüstanın torpaq bütövlüyünün pozulması Rusiyanın adı ilə bağlıdır.



Elə bu günkü iclasda Rusiya nümayəndə heyəti də iştirak edir. Gürcüstan parlamentinin sədri bununla bağlı açıqlama verərək bildirib ki, Rusiyadan gələn qonaqlar üçün hər hansı təhlükədən söhbət gedə bilməz.



Assamblyeda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibindəki deputat Azay Quliyevin 1 iyuldan 5 iyula kimi davam edəcək icalsın nəticəsində Parlament Assamblyeyasına vitse prezident seçilmək üçün namizədliyi irəli sürülüb.



Bundan başqa 25-ci iclas ATƏT Parlament Assambleyasının prezidentinin seçilməsi ilə də yadda qalacaq.



Hazırda iclasda ATƏT-in fəaliyyətdə olan həmsədri Frank Volter Ştaynmayer də iştirak edir.