» » Kanalizasiya partladı, evlər su altında qaldı

Kanalizasiya partladı, evlər su altında qaldı

Kanalizasiya partladı, evlər su altında qaldı

"Gələn həftə anamın qara bayramıdır, amma deyəsən onu keçirə bilməyəcəyik". ucarliyiq.biz-in məlumatına görə, bunu Qaradağ rayonu, Ələtqılanlı qəsəbəsi, Fizuli küçəsi ev 10-da yaşayan Zümrüd Məmmədova deyib.



Şikayətçinin sözlərinə görə, onun evində yas verə biləməməsinə səbəb kanalizasiya xəttinin partlaması və küçələrinin su basmasıdır. Zümrüd Məmmədova deyir ki, bu problemdən təkcə o, əziyyət çəkmir, onunla bərabər həmin ərazidə yaşayan onlarla insan evdən bayıra çıxa bilmirlər.



"Artıq xeyli müddətdir ki, yaşadığımız küçə bu vəziyyətdədir. İşə gedəni var, işdən gələni var, evində yas edəni var... Müraciət etmədiyimiz yer qalmayıb. Bütün idarələrdən deyirlər ki, bu gün gələcəklər, sabah gələcəklər. Amma günü-günü satırlar. Həm də yay fəsli olduğundan kanalizasiyanın iyi evlərə də dolur. Yaxınlıqdakı binaların zirzəmiləri də su altında qalıb. Bütün bunlar müxtəlif xəstəliklərin yaranmasına səbəb olur", - deyə şikayətçi bildirdi.


Kanalizasiya partladı, evlər su altında qaldı

Kanalizasiya partladı, evlər su altında qaldı

Kanalizasiya partladı, evlər su altında qaldı

Kanalizasiya partladı, evlər su altında qaldı

Kanalizasiya partladı, evlər su altında qaldı

Kanalizasiya partladı, evlər su altında qaldı

Kanalizasiya partladı, evlər su altında qaldı

Kanalizasiya partladı, evlər su altında qaldı

Kanalizasiya partladı, evlər su altında qaldı

Qaradağ Su Kanal İdarəsinin rəisi Etibar İbrahimov Ələtqılanlı qəsəbəsi, Fizuli küçəsindəki vəziyyətdən agah olduğunu bildirdi. Onun sözlərinə görə, həmin ərazidə kanalizasiya xətləri həqiqətən də yararsız vəziyyətdədir.



"Xətlər əvvəl Kanalizasiya idarəsinin nəzdində olub.  Amma hazırda Mənzil Komunal İstehsalat birliyinin nəzdindədir. Biz xətti iki dəfə təmir etmişik. Sadəcə indi kanalizasiya xətti evlərdən birinin altında partlayıb. Həmin əraziyə yeni kanalizasiya xətti çəkiləcək. Həyətlərdəki su 160 metr evlərdən kənara vurulmalıdır. Bu gün ərzində su nasoslar vasitəsi ilə ərazidən çəkiləcək. Bu müvvəqəti tədbirdir", - deyə qurum rəisi bildirdi.



Etibar İbrahimov onu da əlavə etdi ki, bu gündən başlanacaq yeni xəttin çəkilişi təxminən bir həftə ərzində yekunlaşacaq.