» » Selfi çəkdirən turist uçurumdan yıxıldı

Selfi çəkdirən turist uçurumdan yıxıldı

Selfi çəkdirən turist uçurumdan yıxıldı

Perunun Maçu Pikçu xarabalıqlarında selfi çəkidirmək istəyi alman turistin sonu olub. ucarliyiq.biz-in məlumatına görə, Oliver Park adlı alman turist polis əməkdaşlarının müdaxiləsinə və xəbərdarlıq lövhələrinə məhəl qoymadan vətəndaşların girişi üçün qadağan edilən sahəyə girərək uçurumun kənarında dayanıb, uçurmuş kimi selfi çəkdirmək istəyib.



Lakin o, uçurumdan yuvarlanaraq dünyasını dəyişib. Turistin cəsədi isə bir gün sonra tapılıb.


Ötən həftə Ermənistanın paytaxtı İrəvanda 16 yaşlı qız selfi çəkdirmək həvəsinin qurbanı olub. Pəncərənin qabağında dayanıb şəkil çəkdirmək istəyən qız 7-ci mərtəbədən yıxılıb. Gənc qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.


Son zamanlar sosial şəbəkə saytlarında "selfie" (şəxsin özünü çəkdiyi) şəkilləri paylaşmaq dəb halını alıb. Bu dəbin bütün dünyada geniş yayılması psixoloqları da bu barədə düşünməyə vadar edib. Amerikan Psixoloqlar Dərnəyi rəsmi olaraq "selfie"nin və bu şəkilləri sosial şəbəkədə paylaşmağın "Selfie xəstəlikdir" olduğunu açıqlayıb.



Psixoloqlar bu xəstəliyin hələ müalicəsi olmadığını, lakin idrak davranış terapiyası ilə müvəqqəti bir müalicə edilə biləcəyini vurğulayıb.