» » Azərbaycanlı biznesmenin böyük uğuru

Azərbaycanlı biznesmenin böyük uğuru

Azərbaycanlı biznesmenin böyük uğuru

Dünyanin ən böyük gəmiçilik şirkətlərinin iştirak etdiyi "İtera" şirkətinin tenderində azərbaycanlı biznesmen Mübariz Mənsimovun "Palmali" şirkəti qalib gəlib.



ucarliyiq.biz-in məlumatına görə, bu, Azərbaycan ərazisində nəqliyyat biznesinin inkişafina da xidmət edəcək. Türkmənistandan Gürcüstana aparılan neft məhsulları “Palmali” şərkətinin bərələri vasitəsi ilə Bakı limanına, buradan da Azərbaycan dəmir yolları vasitəsilə Gürcüstana çatdırılacaq.



“İtera” şirəktinin sahibi İqor Makarov bildirir ki, “Palmali” şirkətinin tenderi qalib gəlməsinin səbəbi odur ki, şirkət tenderdə qoyulan məqsədləri ən yüksək səviyyədə həyat keçirə biləcək qurumdur.



Bu müqavilə əsasında Türkmənistandan neft məhsullari ilə gələn ilk tanker “Azəri Qarabağ” iyulun 7-də Bakı portuna çatacaq. “Palmali” şirkətinin 2-ci, Çingiz Mustafayev tankeri isə iyulun 9-da Bakı portuna çatacaq.



Bununla da Azərbaycanın qeyri-neft sektoruna dəstək olacaq layihə tam şəkildə işləməyə başlayacaq.


Azərbaycanlı biznesmenin böyük uğuru

Azərbaycanlı biznesmenin böyük uğuru