» » Son 100 ilin ən böyük almazını heç kim almadı

Son 100 ilin ən böyük almazını heç kim almadı

Son 100 ilin ən böyük almazını heç kim almadı

Böyük Britaniyanın "Sotheby" muzeyində hərraca çıxarılan 3 milyard il əvvələ aid olduğu deyilən və son 100 ilin ən böyük almazı hesab edilən qiymətli daşı alan olmayıb.



ucarliyiq.biz-in məlumatına görə, buna səbəb onun həddindən artıq baha qiymətə satışa çıxarılması olub.



Qiymətli daş "Lesedi La Rona" ilkin qiyməti 70 milyon dollardan alıcılara təqdim edilib.


Son 100 ilin ən böyük almazını heç kim almadı


"Sotheby" muzeyinin qiymətli daşlar bölməsinin rəhbəri Devid Bennett daha əvvəl açıqlamasında min 111 karatlıq, həddindən artıq şəffaf, yonulmamış daşın indiyə qədər ən keyfiyyətli bütün almazlarla rəqabətə girə biləcəyini bildirib.


Son 100 ilin ən böyük almazını heç kim almadı


Afrikanın şimalında istifadə edilən Botsvana dilində "işığımız" anlamına gələn "Lesedi La Rona" bu günə kimi tapılan ikinci ən böyük almazdır.



Hazırda dünyada ən böyük almaz çəkisi 3 min 106 karat olan "Cullinan" almazıdır. O da şimali Afrikada 1905-ci ildə çıxarılıb. Almazın 9 böyük hissəsi Böyük Britaniya Kral ailəsinin mücəffərləri arasındadır.


Ötən ay Botsvanadan 2015-ci ildə aşkar edilən almaz Londona satılmaq üçün gətirilib. Daşın çəkisi 1111 karatdır. Almazın 3 milyard ildən çox yaşı olduğu hesablanıb.



"Sotheby"s hərrac evində ayın sonunda satışa çıxarılacaq daşın rekord qiymətə satılacağı deyilib. Almaza sahib olmaq üçün ən azı 70 milyon ingilis funtu ödəmək lazım gələcək.


Son 100 ilin ən böyük almazını heç kim almadı