» » "Mourinyo ilə çalışmaq.."

"Mourinyo ilə çalışmaq.."

"Mourinyo ilə çalışmaq.."

Zlatan İbrahimoviç rəsmən “Mançester Yunayted”ə keçdi. ucarliyiq.biz-in məlumatına görə, bu barədə artıq klubda təstiqləyib. “Qırmızı Şeytanlar”ın rəsmi səhifəsində İbra yeni komandasının forması ilə şəkil paylaşılıb.



“Mən bu komandaya qoşulmağa çox şadam. İngiltərə çempionatında oynamağa səbrsizlənirəm. Əlbəttə, Joze Mourinyo (komandanın baş məşqçisi -red) ilə çalışmaq əla olacaq. Biz artıq onunla tanışıq. Demək istəyirəm ki, o, fantastik baş məşqçidir. Mən növbəti maceralara hazıram”. Futbolçu İngiltərənin ən titullu klubuna azad agent kimi keçib.


İbrahimoviç PSJ-də 2012-ci ildən forma geyinir. O, Paris klubunda 12 kubok qazanıb. Onların arasında 4 dəfə Fransa çempionatının kuboku olub. 3 dəfə Fransada ən yaxşı futbolçu seçilib.


"Mourinyo ilə çalışmaq.."