» » İŞİD hərbçiləri öldürülüb

İŞİD hərbçiləri öldürülüb

İŞİD hərbçiləri öldürülüb

ABŞ-ın rəhbərlik etdiyi terror əleyhinə koalisiyası qüvvələrinin İraqın Mosul şəhərinə endirdikləri hava zərbələri nəticəsində İŞİD terror qruplaşmasının iki hərbi rəhbəri öldürülüb. ucarliyiq.biz-in "Ria Novosti"yə istinadən verilən məlumata görə, bunu Pentaqo administrasiyası təsdiq edib.



Məlumata görə, İŞİD-in iki yüksək rütbəli zabiti koalisiya qüvvələri tərəfindən iyunun 25-də hədəfə alınıb. Avia zərbələr nəticəsində hər iki zabit məhv edilib.  



Öldürülənlərdən biri Basim Məhəmməd Sultan əl-Baharidir. Onun İŞİD-də yüksək vəzifəli biri olduğu bildirilib. Zərərsizləşdirilmiş digər şəxs Hatim Talib əl-Hamduni isə İŞİD-in Mosul şəhərindəki əsas komandirlərindən olub. 



Bildirilir ki, əl-Bahari "Əl-Qaidə" terror təşkilatının keçmiş üzvlərindən biri, təcrübəli terrorçu olub. O, İŞİD-in 2014-cü ildə Mosula hücum zamanı terror qruplaşmasının əsas hərbçilərindən olub.