» » Türkiyədən alicənab addım

Türkiyədən alicənab addım

Türkiyədən alicənab addım

Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması fonunda Mersin limanında 10 min tona yaxın humanitar yardım blokadada olan Qəzza şəhərin yollanacaq gəmiyə yüklənib. Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarəolunması Xidməti "Lady Leyla" gəmisinin Qəzzada ağır şəraitdə yaşayan sakinlərə ərzaq, geyim, ayaqqabı, uşaqlar üçün oyuncaqlar daşıyacağını bildirib.


Türkiyədən alicənab addım

ucarliyiq.biz-in məlumatına görə, bu haqda baş nazir müavini Veysi Kaynak Mersin limanında jurnalistlərə açıqlama verib. Müavin əsas məqsədin Fələstin xalqına səadət gətirmək olduğunu bildirib. Gəmi Ramazan bayramından əvvəl  təqribən bazar günü İsrailin Aşdod limanına çatacaq.  



Türkiyə ilə İsrail arasında 6 il davam edən siyasi ədavət  ötən həftə hökümətlərin əlaqələrin normallaşdırılması ilə bağlı razılığa gəlməsindən sonra sona çatıb. Bir vaxtlar yaxın müttəfiq olan 2 dövlət  arasında  əlaqələr 2010-cu ildə İsrailin hərbçilərinin Qəzzanın blokadasını yarmağa və fələstinə humanitar yardım daşımağa çalışan gəmiyə reydindən sonra  kəsilib. Həmin insidentdə 9 Türk vətəndaşı həlak olmuşdu.  Yeni razılaşmaya əsasən, iki ölkə tam miqyasda diplomatik əlaqələri bərpa edəcək.  İsrail qurbanların ailələrinə 20 milyon dollar təzminat  ödəyəcək. İsrail eyni zamanda Qəzzanın blokadasını bir qədər zəiflətməyə və Türkiyənin  humanitar gəmilərini dənizdən buraxmağa razılaşıb.