» » Göyçayda iftar süfrəsi təşkil edildi

Göyçayda iftar süfrəsi təşkil edildi

Göyçayda iftar süfrəsi təşkil edildi

Göyçayda rayon icra hakimiyyətinin təşəbbüsü ilə iftar süfrəsi açılıb. Məclisdə 350 oruc tutan şəxs iştirak edib.



ucarliyiq.biz-in məlumatına görə, xeyriyyə tədbirində dindarlarla yanaşı, imkansız şəxslər, qocalar, şəhid ailələrinin üzvləri, veteranlar, məcburi köçkünlər, kimsəsizlər də iştirak ediblər. Tədbirdə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərimizin ruhuna dualar edilib, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səsləndirilib.


Həmçinin Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşəbbüsü ilə növbəti xeyriyyə tədbiri Göyçay şəhərində, Qaraman və Ləkçiplaq kəndlərində keçirilib. Məscidlərdə təşkil edilən iftar məclislərində 250 nəfər oruc tutan şəxs iştirak edib. İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib olan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb, şəhidlərimizin ruhuna dualar oxunub.



Ramazan bayramınadək Göyçay şəhərində və kəndlərdə mövcud olan digər məscidlərdə də iftar süfrələri açılacaq.


Göyçayda iftar süfrəsi təşkil edildi