» » Silahlı hücum: 20-yə yaxın şəxs girov saxlanılır

Silahlı hücum: 20-yə yaxın şəxs girov saxlanılır

Silahlı hücum: 20-yə yaxın şəxs girov saxlanılır

Banqladeşin paytaxtı Dəkkədə bir qrup silahlı şəxs diplomatik  ərazidə yerləşən məşhur kafelərdən birinə hücum edib. Rəsmilər silahlıların 20-yə yaxın şəxsin girov götürdüyünü və girovlar arasında bir neçə xarici vətəndaşın da olduğunu bildirib. ucarliyiq.biz-in məlumatına görə, hücuma məruz qalan kafeninin diplomatlar, orta sinifdən olan Dəkkəli ailələr arasında populyar iaşə obyektlərindən sayıldığı bildirilir.



Silahlılarla polis arasında baş vermiş atışmada 1 asayış keşikçisi həlak olub, 5 nəfər yaralanıb. Təhlükəsizlik qüvvələri kafeni və ətraf küçələri  mühasirəyə alaraq, girovların azad edilməsi üçün silahlılarla danışıqlar aparır.



İtaliya Xarici İşlər Naziri Paolo Centiloninin dediyinə görə, əməliyyatların aparılmasına şəxsən nəzarət edir. Nazir girov götürülmüş İtaliya vətəndaşları üçün narahat olduğunu öz Twitter hesabında yazıb.



CNN-nin məlumatına görə, ABŞ hökuməti hadisəni törətməkdə Əl-Qaidə terror qruplaşmasının üzvlərini şübhəli bilir. İŞİD silahlıları məsuliyyəti öz üzərinə götürsə də, həlik məlumat öz təsdiqini tapmayıb.



Yaponiya Xarici İşlər nazirliyi girovlar arasında həmyerlilərinin olduğunu düşünür. Bunun üçün terrorizmlə mübarizə qrupu əməliyyatlara cəlb olunub. Yaxın müddətdə xilasetmə əmliyyatının başlayacağı söylənilib.