» » İran səfirindən Qarabağ çağırışı

İran səfirindən Qarabağ çağırışı

İran səfirindən Qarabağ çağırışı

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Dağlıq Qarabağ və digər işğal edilmiş islam torpaqlarının işğalına son qoymaq üçün bütün müsəlmanları birliyə çağırıb. ANS TV-nin məlumatına görə, bunu səfirlik tərəfindən təşkil edilən iftar süfrəsi zamanı Möhsün Pakayin deyib.


İran səfirindən Qarabağ çağırışı


Bakıda təşkil edilən iftar süfrəsi zamanı səfir müsəlmanlar arasında birliyin vacibliyini qeyd edib və ekstremizmi pisləyib. Möhsün Pakayin həmçinin İstanbuldakı hava limanında baş vermiş terror aktına toxunub və həlak olanların ailələrinə başsağlığı verib.



İran səfirliyi tərəfindən təşkil edilmiş iftar süfrəsinə Qafqaz Müsəlmanları İdarəsinin şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı, diplomatik korpus, ictimaiyyət və media nümayəndələri dəvət ediliblər.