» » Buraxlış imtahanının cavabaları açıqlandı

Buraxlış imtahanının cavabaları açıqlandı

Buraxlış imtahanının cavabaları açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 30-da orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb.



TQDK-dan verilən məlumata görə, imtahanlar Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şamaxı, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, İsmayıllı şəhər və rayonlarında yerləşən orta məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilib.



9-cu sinif üzrə imtahanda iştirakı nəzərdə tutulan 24 268 şagirddən 399 nəfəri imtahana gəlməyib. 2 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib. 



11-ci sinif üzrə isə imtahanda iştirakı nəzərdə tutulan 20 954 şagirddən 356 nəfəri imtahana gəlməyib. 34 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib. 



Onlar imtahan binasına mobil telefon keçirtməyə, sual kitabçalarını və cavab kartlarını dəyişdirməyə, nizam-intizam qaydalarının pozmağa cəhd ediblər. 



11-ci sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil/kimya fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilib.



9-cu sinif üzrə buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Onlara imatahana 2 saat, 11-cilərə isə 2 saat 45 dəqiqə ayrılıb.