» » İstanbul terroruna görə tutulanlar arasında azərbaycanlı da var?

İstanbul terroruna görə tutulanlar arasında azərbaycanlı da var?

İstanbul terroruna görə tutulanlar arasında azərbaycanlı da var?

İstanbulun Atatürk Hava Limanında törədilən terror hadisəsinə görə Azərbaycan vətəndaşı saxlanılıb. ucarliyiq.biz-in məlumatına görə, bu barədə  “Kavkazskiy uzel” portalına adı açıqlanmayan mənbə deyib.


İstanbul terroruna görə tutulanlar arasında azərbaycanlı da var?


Mənbənin iddiasına görə, polis terrorçunun Türkiyəyə saxta pasportlarla daxil olub. Saxanılanlar arasında Rusiyanın Dağıstan və Çeçenistan respublikaları vətəndaşları da var.  Terror törətməkdə şübhəli bilinən şəxslərin adları açıqlanmır.



Amma Türkiyə mətbuatında həbs olunanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə heç bir məlumat yoxdur.



Terror hadisəsindən sonra Türkiyə polisi ölkədə genişmiqyaslı əməliyyatlara başlayıb. Bu günə qədər keçirilən əməliyyatlar zamanı 24 nəfər terrora şübhəli bilinən şəxs saxlanılıb. Onların arasında əcnəbilərin də olduğu deyilir. 


İstanbul terroruna görə tutulanlar arasında azərbaycanlı da var?

Terror aktını törədən şəxslərdən birinin rus əsilli çeçen, digərlərinin isə özbək və qırğız olduğu müəyyən olunub.



İstanbuldakı son terror hücumlarının təşkilatçısının əslən çeçen  “tək qollu” ləqəbi  ilə tanınan Əhməd Çatayev olduğu bildirilir.


İstanbul terroruna görə tutulanlar arasında azərbaycanlı da var?

İstanbulun Atatürk hava limanında terror hadisəsi iyunun 28-də gecə saatlarında baş verib. "Kalaşnikov"la silahlanan 3 nəfər hava limanı ərazisinə girərək qarşılarına çıxanlara atəş açmağa başlayıblar. Daha sonra onlar özlərini partladıblar.