» » Azərbaycanda polis günü qeyd edilir

Azərbaycanda polis günü qeyd edilir

Azərbaycanda polis günü qeyd edilir

Bu gün Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayında Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü ilə bağlı təntənəli mərasim keçirilib. Tədbirdən öncə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə nazirliyin kollegiya üzvləri, məsul əməkdaşları Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, eləcə də Şəhidlər Xiyabanını ziyarət edib.



Azərbaycan polisinin tarixindən danışan R. Usubov bildirib ki, Heydər Əliyevin 1998-ci il mayın 24-də imzaladığı fərmanla 2 iyun Azərbaycan Polisi Günü elan edilib. Nazir deyib ki, 2002-ci illə müqayisədə cinayətlər 28 faiz azalıb, cinayətlərin açılması 95 faiz yüksəlib, bağlı qalmış cinayətlər 13 dəfə azalıb. Hazırda Bakı Metropoliteni də daxil olmaqla, ölkə ərazisində 110 mindən çox videokamera ilə daimi müşahidə aparılır. 2015-ci ildə və cari ilin ötən dövründə 80 mindən çox ərizə və şikayət araşdırılıb, nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən paytaxtda və bölgələrdə 7 minə yaxın şəxs qəbul edilib. 



Xüsusi tapşırıqların yerinə yetirilməsində fərqlənmiş bir qrup DİN əməkdaşının təltif edilməsi və mükafatlandırılması barədə dövlət başçısının sərəncamı və daxili işlər nazirinin müvafiq əmrləri oxunub. R. Usubov ali xüsusi və yeni rütbələrin poqonlarını, dövlət təltiflərini və digər mükafatları sahiblərinə təqdim edib.