» » Kafeyə silahlı basqın - həyat yoldaşına görə 5 nəfəri öldürdü

Kafeyə silahlı basqın - həyat yoldaşına görə 5 nəfəri öldürdü

Kafeyə silahlı basqın - həyat yoldaşına görə 5 nəfəri öldürdü

Serbiyada kafelərdən birinə silahlı hücum təşkil edilib. ucarliyiq.biz-in məlumatına görə, hadisə zamanı 5 nəfər ölüb, 20 nəfər yaralanıb. İnsident paytaxt Belqraddan 50 kilometr aralıda yerləşən Zrenyanin şəhərində qeydə alınıb. Əli silahlı şəxs burada yerləşən kafelərdən birinə daxil olaraq, əvvəlcə arvadını, sonra kafedə olan digər şəxslərə atəş açıb.



Şahidlərin yerli kütləvi informasiya vasitələrinə verdikləri məlumata görə, hücum edən şəxs əvvəlcə kafeyə gəlib və burada həyat yoldaşını dostları ilə görüb kafedən çıxıb. Daha sonra isə yenidən kafeyə əlində silahla girib və hadisəni törədib.



"O, kafeyə girəndə əvvəlcə havaya atəş açdı. Biz düşündük əli silahlı gənc hamını qorxutmaq istəyir. Qorxudan hamı yerə uzanmağa başladı. Amma daha sonra silahı insanlara tuşladı", - deyə hadisə şahidi bildirib.


Kafeyə silahlı basqın - həyat yoldaşına görə 5 nəfəri öldürdü

Serbiyanın Daxili İşlər naziri Neboyşa Stefanoviçi bildirib ki, kafe mühafizəçiləri insanları güllələdikdən sonra qaçmağa çalışan şəxsi tutmağa və onu zərərsizləşdirməyə müvəffəq olub.



Hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları cəlb olunub. Polis şübhəli şəxsi həbs edib. Yaralılar isə dərhal xəstəxanalara yerləşdiriliblər.



Stefanoviçin sözlərinə görə, gəncdə olan avtomat silah qanunsuz olub. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır. İlkin ehtimallara görə, hadisəyə səbəb qısqanclıq və uğursuz nikahdır.