» » İstanbul terrorunun başı - tək qol və tək ayaqlı çeçen

İstanbul terrorunun başı - tək qol və tək ayaqlı çeçen

İstanbul terrorunun başı - tək qol və tək ayaqlı çeçen

ABŞ İstanbulun Atatürk Hava Limanında törədilən qanlı partlayışı planlayan şəxsin adını açıqlayıb.  ucarliyiq.biz-in məlumatına görə, ABŞ konqresinin üzvü və Daxili Təhlükəsizlik Komitəsinin başçısı Michael McCau həmin şəxsin “tək qollu” ləqəbi ilə tanınan Əhməd Çatayev olduğunu deyib.


İstanbul terrorunun başı - tək qol və tək ayaqlı çeçen


Çatayev İstanbul terrorunu təşkil edənə qədər də boş dayanmayıb. Amma o hər dəfə cəzalandırılmaqdan yayına bilib. Əhməd Çatayevin Rusiyanın Şimali Qafqaz regionundan olduğu bildirilir. ABŞ rəsmisi onun İŞİD terror təşkilatında yüksək vəzifə tutduğunu deyib.


İstanbul terrorunun başı - tək qol və tək ayaqlı çeçen


Onun sözlərinə görə, Çatayev bir neçə dəfə Suriyaya gedib, orada həyata keçirilən hərbi əməliyyatlar başçılıq edib.



Birləşmiş Millətlər Təşkilatının (BMT) “rusca danışan terrorçular” siyahısına daxil etdiyi Çatayev 2011-ci ildə Bolqarıstanda həbs edilib. Ancaq Avstriyada mühacir olduğu üçün azadlığa buraxılıb.



Bir il sonra Gürcüstanda yaralı olaraq həbs edilən Çatayev burada da cazadan yayına bilib. 



BMT-nin Təhlükəsizlik Şurasının hesabatlarına görə, Çatayev 130 İŞİD terrorçusuna rəhbərlik edir. ucarliyiq.biz-in 2Hürriyət"ə istinadla verdiiy məlumata görə, o, 2000-ci illərdə Rusiyada həbs edilib. Həbsdə olarkn qanqrena olan qolu kəsilib. Lakin 2003-cü ildə o həbsdən qaçıb. 2012-ci ildə Dağıstanda keçirilən antiterror əməliiyyatı zamanı ayağını da itirib. 


İstanbul terrorunun başı - tək qol və tək ayaqlı çeçen

"Əhməd əl Şişani" kimi də tanaınan Çatayev 2014-cü ilin soonunda Suriyaya gedib. Bəzi iddialara görə istanbula gələrək terror təşkilatının oradakı qoluna başçılıq edib. 


İstanbul terrorunun başı - tək qol və tək ayaqlı çeçen


Ötən gün isə Ukrayndanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk hava limanında baş verən terrorda şübhəli bilinən, Gürcüstanda həbs edilən çeçen Əhməd Çatayevi Bidzina İvanişvili hakimiyyətinin həbsdən buraxdığı barədə iddia irəli sürmüşdü.


İstanbul terrorunun başı - tək qol və tək ayaqlı çeçen

İyunun 28-də Türkiyənin İstanbul şəhərində Atatürk hava limanında terror hadisəsi baş verib. Üç kamikadze hava limanına əllərində "Kalaşnikov" avtomatı ilə daxil olublar.



Onlar qarşılarına çıxanları güllələyiblər, daha sonra üzərlərinə bağladıqları bombanı partladıblar. Hadisə nəticəsində 44 insanın ölüb, 200-dən çox adam yaralanıb. 



Teror aktını İŞİD terror təşkilatının törətdiyi bildirilir.