» » 85 ildən sonra Ayasofiyada ilk azan

85 ildən sonra Ayasofiyada ilk azan

85 ildən sonra Ayasofiyada ilk azan

Türkiyənin İstanbul şəhərindəki Ayasofiya məbədində 85 il sonra azan səsləndirilib. İbadət ocağındakı muzeydə Qədr gecəsi ilə bağlı proqram keçirilib.



Keçirilən proqramda Dəyanət İşləri rəhbəri Görməz, Ankara Universiteti İlahiyyat fakültəsinin müəllimləri və Beynəlxalq Qurani-Kərim oxuma yarışında dərəcəyə malik hafizlər da iştirak edib. Proqram ərəfəsində dərəcəyə girən hafizlər "Quranı Kərim" və ilahilər oxuyublar. İstanbul müftisi Bətn Yaran tərəfindən xütbə oxunub. 


85 ildən sonra Ayasofiyada ilk azan


Görməz nitqinə İslam aləminin mübarək Qədr Gecəsini təbrik edərək başlayıb. Min aydan daha xeyirli olan Qədr Gecəsini dərk etməyin şərəfini yaşadığını bildirən Görməz, bunları qeyd edib:



"O, gecəylə bağlı ilk və son sözü mütləq sözün sahibi uca Rəbbimiz deyib. "Biz o Quranı Qədr Gecəsində gətirdik" buyurulur. Bu ayə bizə, Qədr Gecəsinin fəzilətini gecənin qaranlığında yox, o gecənin bizə gətirdiyi kitabda axtarmaq lazım olduğunu ifadə edir. Biz bəzən Ramazanı birinci plana alaraq, Quranı ikinci planda tuturuq. Necə ki, Ramazanı Ramazan edən Qurandır, Qədr Gecəsini Qədr edən də Qurani-Kərimdir".



Atatürk hava limanında baş verən terror hücumunu İslam dininə açılmış bir müharibə kimi səciyyələndirən Görməz, "Son illərdir İslam dini, İslam tarixi, İslam mədəniyyəti yeni bir vəziyyətlə qarşı-qarşıyadır", - dedi.


1935-ci ildən indiyə qədər muzey kimi fəaliyyət göstərən Ayasofya məbədi Bizansa şahidlik edib, Osmanlı dövrünün möhtəşəm və tarixi abidələrindən biri olaraq il boyunca bütün ölkələrdən gələn turistlər tərəfindən ziyarət edilir. Zamana meydan oxuyan nəhəng ölçüdə, iqlim şərtləri, zələzələlər kimi təsirlərlə yaranan aşınmaların günümüzdə çox incə və ehtiyatlı halda aparılan bərpa işləri ilə aradan qaldırılmasına çalışılır.


85 ildən sonra Ayasofiyada ilk azan